Qarabağ Viktoriya ilə oyun öncəsi bəyanat yaydı
"Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya" klubuna qarşı keçirəcəyi səfər oyunu öncəsi bəyanat yayıb. Bəyanatda bunlar qeyd olunub:

“Qarabağ”ımız Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində səfərdə Çexiyanın “Viktoriya" klubu ilə qarşılaşacaq. Ötən turda “Düdelanj”la matçda teleyayım olmadığına görə klubumuz təşəbbüsü üzərinə götürərək qarşılaşmanı “youtube” kanalımızla canlı yayımlamışdı. Lakin bu qarşılaşmada teleyayım olacağına görə, “youtube” kanalımızla matçı canlı yayımlamağa rəqib komanda icazə verməyəcək. Hazırda oyunun canlı yayımlanması ilə bağlı heç bir telekanalımız təşəbbüs göstərmir.

“Viktoriya” klubundan verilən məlumata görə, Azərbaycandan yayımın icrası ilə bağlı heç bir televiziya kanalından təklif alınmayıb".

Xəbər 1141 dəfə oxundu.