Bakının “İnter” klubu Gürcüstanın “Kolheti Poti” komandası ilə qarşılaşıb
Bakının “İnter” futbol klubu Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama matçını keçirib.

Gürcüstanın “Kolheti Poti” komandası ilə qarşılaşan “İnter” minimal hesabla məğlub olub - 0:1.

“İnter” toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayıb. Bakı təmsilçisi “Kasımpaşa”ya 2:1, “Gənclərbirliyi”nə 4:0 hesabı ilə qalib gəlib, “Elazığspor” ilə oyunda hesab açılmayıb.

Qeyd edək ki, “İnter” bu gün Vətənə qayıdacaq.

Xəbər 684 dəfə oxundu.