Azərbaycan futbolçusu karyerasını Portuqaliyada davam etdirəcək
Azərbaycanın gənclərdən ibarət yığma komandasının yarımmüdafiəçisi Budaq Nəsirov karyerasını Portuqaliyada davam etdirəcək.

20 yaşlı xavbek Portuqaliyanın “Sportinq” futbol klubuna keçib. Lissabon təmsilçisi onunla beşillik müqaviləyə imza atıb.

B.Nəsirov müqavilə ilə “Sumqayıt”a məxsus olsa da, son mövsümü “Kəpəz”də keçirmişdi.

“Sportinq” Portuqaliya çempionatının son mövsümündə yalnız lider “Benfika”dan geri qalaraq, ikinci olub.

Xəbər 663 dəfə oxundu.