Millimiz AÇ-də ikinci oldu
Nikosiyada (Kipr) keçirilən basketbol üzrə Avropa Çempionatın C divizionunda mübarizə aparan Azərbaycanın U-16 yığması ikinci yeri tutub. Qrup mərhələsindən sonra basketbolçularımız yarımfinalda Moldova komandasını 60:44 (16-16, 12-9, 15-10, 17-9) hesabı ilə üstələyib.

Lakin təəssüf ki, Kiprlə final qarşılaşmasında Samit Nuruzadənin yetirmələri ilk hissədən 11 xal geriləyərək oyunun qalan hissələrində rəqibə çata bilməyib. Nəticədə ev sahibləri yığmamızı 62:50 (25-14, 14-10, 17-15, 6-11) hesabı ilə yenərək turnirin qızıl medallarını qazanıblar. Azərbaycan millisi isə ikinci yeri tutaraq gümüş medallara layiq görüldü.

Təşkilatçılar tərəfindən komandamızın üzvləri Donat Saadettin və Papuna Kirtadze çempionatın simvolik beşliyinə seçiliblər. Papuna Kirtadze isə bu mötəbər turnirin ən yaxşı oyunçusu (MVP) adına layiq görülüb.

Xəbər 876 dəfə oxundu.