Kəpəz divizion klubuna qalib gəldi
“Kəpəz”in əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. Gəncə klubunun ikinci komandası səfərdə birinci divizion təmsilçisi "Şəmkir"lə qarşılaşıb.

Yerli Olimpiya İdman Kompleksinin meydançasında keçirilən oyun “sarı-göylər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

İki günlük istirahətə buraxılan əvəzedicilər iyulun 27-də məşqlərə başlayacaq. Komanda bundan iki gün sonra Qəbələdə “Qarabağ”ın əvəzedici heyəti ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

Xəbər 656 dəfə oxundu.