Azərbaycanın cüdoçuları Avropa kubokunda 8 medal qazanıb
Praqada gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Cüdo üzrə millisi komandamızın üzvləri yarışda 8 medal (1 qızıl, 3 gümüş və 4 bürünc) qazanib.

Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunub.

Xəbər 731 dəfə oxundu.