Viktoriya - Qarabağ matçını makedoniyalılar idarə edəcək
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Çexiya "Viktoriya"sı arasında keçiriləcək ilk oyunun hakimləri açıqlanıb. Bu oyunu makedoniyalı hakimlər idarə edəcəklər.

Matçın baş hakimi Aleksandr Stavrev olacaq. Ona Maryan Kirovski və Deyan Kostadinov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dimitar Makarovski yerinə yetirəcək.

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" matçı iyulun 26-da "Dusan Arena"da keçiriləcək və saat 22:15-də start götürəcək.

Xəbər 666 dəfə oxundu.