Zirənin Türkiyə toplanışı davam edir
“Zirə” Türkiyədəki təlim-məşq toplanışını davam etdirir. Bolu hazırlığının 3-cü günündə komanda iki dəfə məşq edib. Səhər məşqində “qartallar” əsasən dözümlülük üzərində çalışıb.

Axşam məşqi bir qədər fərqli olub. Baş məşqçi Adil Şükürov taktiki-texniki çalışmalara üstünlük verib. Sonda isə ikitərəfli oyun keçirilib.

“Qartallar” bu gün istirahət edəcək. Sabah isə "Zirə" Türkiyədəki ilk yoxlama oyunundan öncə son məşqini keçirəcək.

Xəbər 672 dəfə oxundu.