AÇ-nin dördüncü yarış günü güləşçilərimiz üçün uğurlu olmadı
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. Dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar mübarizə aparıb.

Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub. Təəssüf ki, hər iki təmsilçimiz uğurlu çıxış edə bilməyib.

40 kq
Təsəlliverici görüş - Nastassia Kurişta (BLR) - Ayşən Yusifova 2:0
1/4 final - Ayşən Yusifova - Roksana Aleksandra Tif (ROM) 2:5
1/8 final - Ayşən Yusifova - Tatsiana Blinkuskaya (BLR) 13:4

46 kq
1/16 final - Sevinc Əhədova - Emma Malmgren (SWE) 0:6

Xəbər 683 dəfə oxundu.