Güləşçilərimiz Olimpiadaya hazırlığın son mərhələsində
Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına sayılı günlər qalır. Olimpiya Oyunları avqustun 5-də başlasa da, güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq.

Sərbəst güləşçilərimiz Göygöl Olimpiya İdman Kompleksində Belarus və Dağıstan komandası ilə birgə son təlim-məşq toplanışında iştirak edib. Yunan-Roma güləşçilərimiz isə Bakıda, Olimpiya Güləş Mərkəzində Mərakeş komandasının üzvləri ilə hazırlaşıb.

Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Heyət yaxın günlərdə açıqlanacaq.

Xəbər 710 dəfə oxundu.