Milli Mətbuat Günü şərəfinə Bakı Televiziya Qülləsindən paraşütla atlayış
Milli Mətbuat Günü şərəfinə, artıq Bakı sakinlərinə “Şəhər üzərində uçan skaydayverlər” kimi tanış olan, Red Bull Skydive komandasının üzvləri, Marko Valtenşpil və Corc Letner, Bakı Televiziya qülləsindən paraşütla atlayış ediblər. Külək olmasına baxmayaraq, idmançılar atlayışı edib, bizə heyacanla dolu anlar yaşatdılar və gözəl şəhər mənzərəsini göstərdilər.

Bakı televiziya qülləsi 1996-ci ildə inşa edilib və 310 metr hündürlüyu ilə, bu Azərbaycan ərazisində və Qafqazın ən hündür dəmir-beton tikintisi sayılır.

Xəbər 676 dəfə oxundu.