Sərxan Hacıyev ÇL matçına təyinat aldı
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb. UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində iyulun 26-da, Borisov şəhərindəki eyniadlı stadionda keçiriləcək BATE (Belarus) - “Dandalk” (İrlandiya) oyununun UEFA nümayəndəsi Sərxan Hacıyev olacaq.

Xəbər 791 dəfə oxundu.