Basketbol üzrə Azərbaycan yığması son oyununu keçirib
Basketbol üzrə Avropa Çempionatının C divizionunda mübarizə aparan Azərbaycan yığması son oyununu keçirib. Millimiz qrupdakı həlledici görüşündə Malta millisi ilə üz-üzə gəlib.

Qarşılaşma basketbolçularımızın total üstünlüyü şəraitində keçərək, 81:33 (22-5, 27-12, 16-9, 16-7) hesabı ilə komandamızın xeyrimizə yekunlaşıb.

Bu qələbədən sonra millimız qrup mərhələsini adlayaraq yarımfinalda Moldova yığması ilə qarşılaşacaq. Oyun iyulun 23-də keçiriləcək və Bakı vaxtı ilə 21:30-da başlayacaq.

Xəbər 848 dəfə oxundu.