“Neftçi” klubu futbol üzrə Avropa Lıqasında çıxışını başa vurub
İyulun 21-də Bakının “Neftçi” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab görüşünü keçirib.

“Neftçi” səfərdə Makedoniyanın “Şkendiya” komandası ilə üz-üzə gəlib.

“II Filip” stadionunda keçirilən matçda Vəli Qasımovun komandası rəqibinə minimal hesabla məğlub olub. Makedoniyalılar 31-ci dəqiqədə Besart İbraiminin qolu ilə hesabı açıb-1:0. Qalan vaxtda isə tabloda rəqəmlər dəyişməyib.

Paytaxt təmsilçisinin Bakıda keçirdiyi ilk görüş qolsuz bərabərliklə başa çatmışdı. İki görüşün nəticəsinə görə, meydan sahibi “Şkendiya” bu qalibiyyəti sayəsində üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Makedoniya klubu növbəti mərhələdə Çexiyanın “Mlada Boleslav” komandasına rəqib olacaq.

Xəbər 692 dəfə oxundu.