Neftçi Şkendiyaya qarşı - heyətlər
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Bu turnirdəki təmsilçimiz “Neftçi” də səfərdə Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq.

Bakıda bu rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Vəli Qasımovun yetirmələrinin mərhələ adlamaq şansı heç də az deyil. Bunun üçün bakılılara hətta qollu heç-heçə də bəs edəcək.

Qeyd edək ki, "Şkendiya" səddini keçəcəyi halda, "Neftçi" növbəti mərhələdə Çexiyanın “Mlada Boleslav” klubu ilə qarşılaşacaq.

Avropa Liqası
İkinci təsnifat mərhələsinin cavab oyunu
21 iyul

22:00. “Şkendiya” - “Neftçi”
Hakimlər: Erik Lambrext, Karel de Roker, Co de Veyrdt, Frederik Geldhof (hamısı Belçika).
Skopye. “II Filipp” stadionu.
İlk oyun - 0:0.

"Şkendiya": 1. Kostadin Zahov, 4. Eqzon Beytulai, 5. Armend Alimi, 6. Ardian Çuçuli, 7. Besart İbraimi, 10. Feran Hasani (k), 14. Maryan Radeski, 18. Stenio Junior, 23. Besir Demiri, 77. Blaqoya Todorovski, 88. Ştefan Vuyçiç.
Ehtiyat oyunçular: 12. Marko Yovanovski, 8. Ennur Totre, 11, Demir İmeri, 19. Besmir Boyku, 20. Viktor Cuffo, 27. Şçiprim Taypi, 33. Artim Polojani.
Baş məşqçi: Brun Akrapoviç.
"Neftçi": 1. Krşevan Santini, 3. Jayro, 7. Araz Abdullayev, 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 22. Vançe Şikov, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilyo.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 10. Cavid İmamverdiyev, 21. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 41. Ömər Buludov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Vəli Qasımov.

Xəbər 684 dəfə oxundu.