Sumqayıt Kutaisi Torpedosu ilə heç-heçə etdi
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda Gürcüstan təmsilçisi Kutaisi "Torpedo"su ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Komandamızdan yeganə qolu hazırda düşərgədə baxışda olan cənubi azərbaycanlı futbolçu vurub.

"Sumqayıt" Boluda son yoxlama oyununu iyulun 25-də keçirəcək.

Xəbər 664 dəfə oxundu.