Bu gün “Kəpəz” futbol klubu Avropa Liqasında növbəti oyununu keçirəcək
Bu gün futbol üzrə Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində Gəncənin “Kəpəz” klubu cavab oyununa çıxacaq.

“Dalğa Arena”da Avstriyanın “Admira” komandasını qəbul edəcək “Kəpəz”in görüşünü rusiyalı baş hakim Vitali Meşkov idarə edəcək. Ona həmyerliləri Valeri Dançenko və Maksim Qavrilin kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını Mixail Vilkov yerinə yetirəcək.

Qarşılaşmanın UEFA nümayəndəsi Sergey İlyiç (Belarus), hakim-inspektoru isə Murat İlqaz (Türkiyə) olacaq.

Görüş saat 20:00-da start götürəcək.

Komandalar arasında bir həftə əvvəl Avstriyada keçirilən oyunda “Kəpəz” komandası 0:1 hesabı ilə uduzmuşdu. “Kəpəz”-“Admira” cütünün qalibi növbəti mərhələdə Çexiyanın “Slovan” (Liberets) komandası ilə üz-üzə gələcək.

Xəbər 635 dəfə oxundu.