Azərbaycanlı qrossmeyster Xakim Omarov Memorialının gümüş medalını qazanıb
Astanada paytaxt şahmat hərəkatının əsasını qoymuş Xakim Omarovun xatirəsinə həsr edilən turnir başa çatıb.

Turnirdə Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan və digər ölkələrdən ümumilikdə 71 şahmatçı, o cümlədən 10 qrossmeyster iştirak edib.

Azərbaycanı bu yarışda Gəncədən olan beynəlxalq qrossmeyster Vüqar Rəsulov təmsil edib. Turnirin qalibi belaruslu şahmatçı Aleksey Aleksandrov olub. O, mümkün 9 xaldan 7-ni toplayıb. Vüqar Rəsulov yarışın qalibi ilə eyni miqdarda xal toplayaraq gümüş medala layiq görülüb. Üçüncü yeri özbəkistanlı şahmatçı Azamat Daurimbetov tutub.

Turnir İsveçrə sistemi üzrə 8 turda keçirilib.

Xəbər 964 dəfə oxundu.