İnter Şuşa-Qarabağa məğlub oldu
"İnter"in əsas komandası ilə yanaşı, əvəzedici heyəti də yeni mövsümə hazırlığı davam etdirir. Paytaxt klubunun əvəzediciləri Bakıdakı hazırlıq prosesi çərçivəsində ikinci sınaq matçına çıxıb.

"Şuşa-Qarabağ"la qarşılaşan "İnter"in ikinci komandası bu görüşdə 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, "İnter"in əvəzediciləri ilk oyununu "Neftçi"nin ikinci komandasına qarşı keçirmişdi - 0:0.

Xəbər 657 dəfə oxundu.