Zeynəb xal qazana bilmir
Zeynəb Məmmədyarova Tiflisdə qadınlar arasında sürətli şahmat üzrə ŞPA Kubokunda xal qazana bilmir. İdman.com.az saytının məlumatına görə, o, bu gün növbəti 3 görüşündə də yenilib. Təmsilçimiz litvalı Viktoriya Çmilite, ukraynalı Yekaterina Laxno və rusiyalı Tatyana Kosintsevadan xal qopara bilməyib.

Məmmədyarova 8 turdan sonra hesabına xal yazdıra bilməyərək sonuncu – 12-ci pillədə qalır. İrəlidəki ən yaxın rəqib isə artıq 3 xal öndədir. Turnir cədvəlinə 6 xalla Yekaterina Laxno (Ukrayna) və Piya Kramkinq (İsveç) başçılıq edirlər. Sabah yarışda son 3 tur keçiriləcək.

Xəbər 907 dəfə oxundu.