Sumqayıt Kutaisi Torpedosu ilə qarşılaşacaq
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək. Samir Abasovun komandası bu gün Gürcüstan təmsilçisi - Kutaisi "Torpedo"su ilə üz-üzə gələcək.

Oyun yerli vaxtla saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Torpedo" son olaraq Gürcüstan yüksək liqasını 6-cı pillədə tamamlayıb.

Xəbər 649 dəfə oxundu.