Neftçi Skopyeyə yollandı
"Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı "Şkendiya" ilə cavab oyunu üçün Makedoniyaya yollanıb. Komanda səfərə Bakı-İstanbul-Skopye reysi ilə yollanıb.

Baş məşqçi Vəli Qasımov ilk oyunda qolsuz bərabərə qaldıqları makedoniyalılarla səfər oyunu öncəsi komandadakı atmosferi saytımıza açıqlamasında belə dəyərləndirib: "Komanda yaxşı vəziyyətdədi. Oyuna köklənmə, döyüşkən ruh da qaydasındadır. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Komandada istək çoxdur. Necə komandaya qarşı oynayacağımızı anlayırıq. Amma bu, uduzmaq üçün əsas vermir".

Xəbər 652 dəfə oxundu.