“Kəpəz”–“Admira” oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Kəpəz” (Gəncə) – “Admira” (Avstriya) oyununun biletləri satışa çıxarılıb.

Bilet satışı Bakıda təşkil olunacaq.

Azarkeşlər paytaxtda iyulun 19-da saat 14:00-dan 19:00-dək, iyulun 20-də isə saat 12:00-dan 16:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun kassasından, oyun günü saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər.

Qeyd edək ki, “Kəpəz”–“Admira” oyunu iyulun 20-də “Dalğa Arena”da keçiriləcək.

Xəbər 623 dəfə oxundu.