Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək
Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək.

İlk oyun günündə 18 ölkənin çempionu növbəti mərhələyə 9 vəsiqənin sahibini müəyyənləşdirəcək.

İlk qarşılaşmada böyük hesablı qələbə qazanan “Kopenhagen”, həmçinin inamlı üstünlük əldə edən Tbilisi “Dinamo”su, BATE və “Ludoqorets” ümumi hesabda üstünlüyünü əldən verməməyə çalışacaq.

Moldova və Latviyada meydan sahibləri minimal fərqli yenilginin əvəzini çıxmağa çalışsa da, Serbiya çempionu səfər qələbəsinin təsadüf olmadığını göstərməlidir. Günün iki görüşündə isə ötən həftə qalibi müəyyənləşdirə bilməyən komandalar üz-üzə gələcəklər.

Bu gün “Şerif” (Moldova) - “Hapoel” (Beyer-Şeva, İsrail, ilk oyun – 2:3), “Alaşkert” (Ermənistan) - “Dinamo” (Tiflis, Gürcüstan - 0:2), “Liepaya” (Latviya) - “Zalsburq” (Avstriya - 0:1), APOEL (Kipr) - TNS (Uels - 0:0), SJK (Finlandiya) - BATE (Belarus - 0:2), “Kopenhagen” (Danimarka) - “Kruzaders” (Şimali İrlandiya - 3:0), “Srvena Zvezda” (Serbiya) - “Valletta” (Malta - 2:1), Legiya” (Polşa) - “Zrinski” (Bosniya və Herseqovina - 1:1), “Mladost” (Monteneqro) - “Ludoqorets” (Bolqarıstan - 0:2) görüşləri oynanılacaq.

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” Lüksemburqun “Düdelanj” komandası ilə sabah görüşəcək.

Xəbər 681 dəfə oxundu.