Azərbaycan U-19 millisi Özbəkistan yığması ilə qarşılaşıb
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

“Dalğa Arena”da Özbəkistanın U-19 komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, bu komandalar arasında iyulun 15-də keçirilmiş yoldaşlıq oyununda yığmamız qalib gəlmişdi – 2:1.

Xəbər 953 dəfə oxundu.