“Qəbələ” - MTK matçının biletləri satışda
Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” - MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.

Biletləri bu gündən etibarən 8-ci kilometr stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq 1 və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 21-də 8-ci kilometr stadionunda keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlayacaq.

Xəbər 665 dəfə oxundu.