İki ölkənin kayak və kanoe üzrə komandaları “Rio-2016”dan kənarlaşdırılıb
Belarus və Rumıniyanın kayak və kanoe üzrə sprinter komandaları bütün yarışlardan kənarlaşdırılıb.

Qadağa Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına da şamil edilib.

Səbəb hər iki ölkə idmançılarının mütəmadi olaraq, dopinqdən istifadə etmələridir. İCF bildirir ki, Rumıniya yığmasından 11 idmançının dopinq-testi müsbət nəticə verib. Onlarda daha çox meldonium preparatı aşkarlanıb. Belarus təmsilçilərində isə 5 belə hal qeydə alınıb.

Qeyd edək ki, Belarus yığmasının sprinter məsafələrində 12 idmançıya 7, Rumıniya millisində isə 8 idmançıya 4 lisenziyası var idi. Onlardan bəziləri Azərbaycanı Olimpiadada kanoe növündə bir nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə təmsil edəcək Valentin Demyanenkonun, eləcə də qadın kayakçılar arasında bir nəfərlik qayıqla 200 və 500 metr məsafələrə yürüşlərə qatılacaq İnna Osipenko-Radomskayanın rəqiblərindən idi.

Xəbər 1598 dəfə oxundu.