Klublarımızın rəqibləri bəlli olur
Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkü atılacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Azərbaycanı Avroliqada təmsil edən hər üç klub - "Qəbələ", "Neftçi" və "Kəpəz" səpələnməmişlər səbətində yer alıb. Bu isə o deməkdir ki, klublarımız ilk iki təsnifat mərhələsi ilə müqayisədə daha güclü komandalara rəqib olacaq. Amma bunun üçün hələ klublarımız özləri də ikinci təsnifat mərhələsini qalib başa vurmalıdır.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin oyunları 28 iyul və 4 avqust tarixlərində keçiriləcək.

Klublarımızın bütün potensial rəqibləri:

Səpələnmişlər:

"AZ Alkmaar" (Hollandiya)
"Lill" (Fransa)
"Sent-Etyen" (Fransa)
"Gent" (Belçika)
"Krasnodar" (Rusiya)
"Rapid" (Avstriya)
"Slovan" (Çexiya)
"Spartak" (Moskva, Rusiya)
"Vest Hem" (İngiltərə)
"Herta" (Almaniya)
"Panatinaikos" (Yunanıstan)
"Riyeka" (Xorvatiya)
"Sassuolo" (İtaliya)
"Rio Ave" (Portuqaliya)
"Vorskla" (Ukrayna)
"Arouka" (Portuqaliya)
"Apollon" (Kipr)
"Mlada Boleslav" (Çexiya)
"Genk" (Belçika) - "Buduçnost" (Monteneqro) cütünün qalibi qalibi
“Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan) cütünün qalibi
“Makkabi” Təl-Əviv (İsrail) - “Kayrat” (Qazaxıstan) cütünün qalibi
“Austriya” (Avstriya) - “Kukesi” (Albaniya) cütünün qalibi
“Partizan” (Serbiya) - “Zaqlebiye” (Polşa) cütünün qalibi
“Midtyulland” (Danimarka) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) - “Nomme Kalyu” (Estoniya) cütünün qalibi
HJK (Finlandiya) - “Beroe” (Bolqarıstan) cütünün qalibi
“Hayduk” (Xorvatiya) - “İaşi” (Rumıniya) cütünün qalibi
“Dinamo” (Belarus) - “Sent Patriks” (İrlandiya) cütünün qalibi
“Omoniya” (Kipr) - “Beytar” (İsrail) cütünün qalibi

Xəbər 632 dəfə oxundu.