“Ustalıq səviyyəmiz çatmadı”
“Oyun çox gözəl keçdi. Bu gün meydanda əsl mübarizə getdi. Hər iki komandanın fərqlənmək üçün kifayət qədər qol imkanı oldu”. İdman.com.az saytının məlumatına görə, bunu “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib. Zaqatala təmsilçisi bu il evdə ardıcıl 2-ci oyunda da uduzub. Belə ki, komanda “Qəbələ”nin ardınca (0:1) “Bakı”ya (0:2) yenilib.

Növbəti məğlubiyyətə görə üzülən Yuranın fikrincə, bugünkü matçda komandalar arasında səviyyə fərqi öz sözünü deyib: “Bakı”nın futbolçuların bizim oyunçulardan səviyyəcə üstün olduğu görünürdü. Uduzsaq da, yetərincə qol imkanları yarada bildik. Sadəcə, ustalıq səviyyəsinə görə bunları reallaşdıra bilmədik. Rəqibimiz bizi oyun səviyyəsinə görə üstələdi. Komandamızda bir sıra çatışmazlıqlar var ki, bu da oyunumuzda özünü büruzə verdi”.

Xəbər 975 dəfə oxundu.