“Neftçi”–“Şkendiya” matçına 4 min bilet satılıb
Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə Makedoniya “Şkendiya”sı arasında keçiriləcək ilk oyuna bilet satışı davam edir.

Görüşə 4 min bilet satılıb.

Qeyd edək ki, bu gün 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək.

Xəbər 644 dəfə oxundu.