Vüqar Nadirov Qarabağda
"Qarabağ"ın yetirməsi olan Vüqar Nadirov yenidən bu komandaya qayıdıb. Futbolçu ilə bir illik müqavilə imzalanıb.

Nadirov peşəkar karyerasına "Qarabağ"da başlayıb və 2004-cü ilə qədər bu komandada forma geyinib, 2009-cu ildə yenidən komandaya qayıdan Nadirov 6 il yenidən "Qarabağ" forması geyinib.

Nadirov Ağdam təmsilçisinə növbəti dönüşü haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

"Olduqca sevincliyəm. Bir ağdamlı, şəhid balası kimi yenidən "Qarabağ"a qayıtdım. Əlimdən gələni edəcəm ki, baş məşqçimiz Qurban Qurbanovun mənə göstərdiyi etimadı doğruldum. Hər bir komandada rəqabət var, "Qarabağ"da da məşqlərdə əlimdən gələni edəcəm ki, baş məşqçinin verdiyi tapşırıqları layiqli şəkildə yerinə yetirim. 6 il idi ki, bu komandada oynamışam, klub rəhbərliyini də tanıyıram, onlara da təşəkkür edirəm ki, yenidən komandaya qayıtmağımda dəstək oldular. Çalışacam həm avrokuboklarda, həm də çempionatda komandaya xeyir verim. "Qarabağ" azarkeşləri bizim ürək yerimizdir. Çalışacam ki, onları sevindirim".

Xəbər 647 dəfə oxundu.