Kəpəzin Admira ilə oyun üçün start heyəti
"Kəpəz"in Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına qarşı keçirəcəyi səfər oyunu üçün start heyəti müəyyənləşib. Baş məşqçi Şahin Diniyev bu gün baş tutacaq görüşün ilk dəqiqələrindən bu futbolçulara şans verəcək:

Tadas Simaitis, Kərim Diniyev, Vüqar Bəybalayev, Dario Junior, Şəhriyar Rəhimov, Nicat Qurbanov, Tural Axundov (k), Şəhriyar Əliyev, Renan Alveş, Serjinyo, Julian Ebah.

Qeyd edək ki, "Kəpəz" birinci təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə səfər oyununa da bu start heyətlə çıxmışdı.

Xəbər 775 dəfə oxundu.