Qəbələ üçün MTK səddi
Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları keçirilir. Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli turnirində təmsil edən "Qəbələ" də növbəti matçına çıxır.

Roman Qriqorçukun çalışdırdığı komandamız Macarıstan MTK-sı ilə ilk oyunu səfərdə keçirir. İlk mərhələdə Gürcüstan "Samtredia"sını mübarizədən kənarlaşdıran (evdə 5:1, səfərdə 1:2) Qəbələ təmsilçisi üçüncü tura vəsiqə qazanmaq üçün səfərdən mütləq sərfəli nəticə ilə qayıtmalıdır.

Avropa Liqası
İkinci təsnifat mərhələsi, ilk oyun
14 iyul

22:30. MTK - “Qəbələ”
Baş hakim: Boyan Pandjiç (İsveç).
Dyer. “Dyirmot” stadionu.

Xəbər 634 dəfə oxundu.