Krneta: Zirə ilə müqavilənin müddətini uzatdığıma görə çox şadam
“Zirə” müdafiəçi Yovan Krneta ilə yeni müqaviləyə imza atıb. Anlaşmaya görə serbiyalı müdafiəçi iki il “qartallar”ın sırasında olacaq.

Krnetanın yeni müqavilə və komanda haqda fikirlərini təqdim edirik:

“Bakıya qayıtdığım üçün çox şadam. Sevinirəm ki, növbəti mövsümdə də “Zirə”də oynayacam və bu kollektivlə birgə çalışacam. Ötən mövsüm gümüş medalları qazandıq. İnanıram ki, bu dəfə də yaxşı çıxış edib beynəlxalq arenada çıxış etmək hüququ qazanacağıq. Komandada bəzi dəyişikliklər olub, ancaq bizim birgə hazırlaşmaq və uyğunlaşmaq üçün vaxtımız var. Yeni oyunçularımızın bacarıqlı olmaları məşqlərdən də hiss olunur. “Sumqayıt”la oyunda qol vura bilməsək də, komandada istəyin olması və hər bir futbolçunun əlindən gələni etməyə çalışdığı görünürdü. Bundan sonra da yoxlama oyunlarımız olacaq. Çempionatda yaxşı çıxış etmək üçün qalan vaxtdan maksimum istifadə etməliyik”.

Xəbər 657 dəfə oxundu.