İnterin ikinci rəqibi bəlli oldu
Türkiyədə təlim-məşq toplanışında olan "İnter"in daha bir rəqibi müəyyənləşib. "Bankirlər" yerli "Elazığspor"la qarşılaşacaqlar.

Bu oyun ayın 22 və ya 23-də keçiriləcək.

Qeyd edək ki, "İnter" sabah ilk sınaq matçını Türkiyənin digər təmsilçisi "Kasımpaşa"ya qarşı keçirəcək. Oyun saat 18:00-da start götürəcək.

Xəbər 621 dəfə oxundu.