Millinin məşqçiləri səfər oyunlarını izləyəcək
Azərbaycan milli komandasının məşqçiləri Elxan Abdullayev və Mahmud Qurbanov, müvafiq olaraq, “Qəbələ” və “Kəpəz” klublarının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində səfərdə keçirəcəkləri oyunları izləyəcəklər. “Qəbələ” bu mərhələdə Macarıstanın MTK, “Kəpəz” isə Avstriyanın “Admira” komandası ilə qarşılaşacaq.

Hər iki təmsilçimiz ikinci təsnifat mərhələsində ilk oyununu iyulun 14-də keçirəcək.

Xəbər 615 dəfə oxundu.