Qarabağ Düdelanjı məğlub yola saldı
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilib. Qitənin ən nüfuzlu klub turnirində Azərbaycanı son çempion "Qarabağ" təmsil edir.

Ağdam klubu startda Lüksemburq "Düdelanj"ı ilə düşüb. Son iki mövsümdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Qurban Qurbanovun komandasından bu il daha böyük uğur gözlənilir. "Qarabağ" ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq yolunda cırtdan ölkə təmsilçisini mübarizədən kənarlaşdırmağa borcludur.

Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu bir həftə sonra səfərdə keçiriləcək. Bu üzdən də təmsilçimiz doğma meydanda mümkün qədər çox qol vurub, öz qapısının toxunulmazlığını qorumalıydı. Gözlənildiyi kimi, Ağdam klubu bu vəzifənin öhdəsindən gələ bilib. İki cavabsız qolla qalib gələn Qurban Qurbanovun yetirmələri səfərə də arxayın yollana bilərlər.

UEFA Çempionlar Liqası
İkinci təsnifat mərhələsi, ilk oyun
12 iyul

“Qarabağ” - “Düdelanj” - 2:0 (2:0)
Qollar: R.Almeyda, 10-pen. (1:0). R.Almeyda, 27 (2:0).
Sarı vərəqə: B.Meliss, 9. K.Malje, 24. D.Kintana, 33. M.Medvedev, 39. M.Pokar, 48. Q.Qarayev, 55.
Baş hakim: Orel Qrinfild (İsrail).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Mişel, 10. Muarem Maurem (22. Əfran İsmayılov, 74), 11. Mahir Mədətov (9. Reynaldo, 63), 13. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana (15. Rahid Əmirquliyev, 83).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
"Düdelanj": 1. Jonatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar (99. Momar N`Diay, 56), 9. Daniel da Mota, 19. Rodriqe Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş (22. Stelviu, 81), 26. Cerri Prempe, 27. Brayan Meliss, 29. Kevin Malje (2. Kleyton Moreyra, 67), 77. David Turpel.
Ehtiyat oyunçular: 33. Co Frizinq, 7. Sanel İbrahimoviç, 10. Yassin Ben-Aciba, 30. Aleksandr Lorente.
Baş məşqçi: Dino Topmöller.

Xəbər 606 dəfə oxundu.