İki taekvondoçumuz Rusiyada qızıl medal qazandı
Böyüklərdən ibarət yığma komandamızın üzvlərinin ardında gənc taekvondoçularımız da uğurlu çıxışlarını davam etdirir. Saxa Respublikasının (Rusiya) Yakutsk şəhərində sayca altıncı olan “Asiya Uşaqları” Beynəlxalq İdman Oyunları keçirilir.

Dörd ildən bir təşkil edilən oyunlar müxtəlif idman növlərini əhatə edir ki, bunların arasında taekvondo da var. Startı verilən taekvondo üzrə yarışlarda təmsilçilərimiz artıq uğura imza atıblar. Belə ki, son məlumata görə -48 kq çəki dərəcəsində mübarizəyə qatılan Ayaz Qəmbərli müvafiq olaraq Monqolustan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Qazaxıstan təmsilçisindən, Orxan Tağızadə (+73 kq) isə Yunanıstan, Rusiya, Qazaxıstan və Rusiya taekvondoçularından üstün olaraq fəxri kürsün ən yüksək pilləsinə qalxmağı bacarıb.

Xəbər 782 dəfə oxundu.