Arkadi Naydiç Gideon Yafet Memorialında liderlik edir
Qüdsdə sayca ikinci Gideon Yafet Şahmat Memorialı keçirilir. Azərbaycan təmsilçisi Arkadi Naydiçin iştirak etdiyi ən güclü “A” turnirində birinci mükafatın məbləği 10 min şekeldir.

Üç turdan sonra əsas turnirdə hərəyə 3 xal toplayan Arkadi Naydiç, rusiyalı Semyon Dvoyris və yerli şahmatçı Tamir Nabati liderlik edir. Altı şahmatçı hərəyə 2,5 xal toplayıb. Dördüncü turun püşkatmasının nəticələrinə əsasən Arkadi Naydiç ağ fiqurlarla Tamir Nabatiyə qarşı oynayacaq.

Xatırladaq ki, open “A” turnirində 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir.

Gideon Yafet Memorialı İsveçrə sistemi üzrə 7 turda keçirilir.

Xəbər 734 dəfə oxundu.