Sumqayıt Türkiyəyə yola düşdü
Mövsümlərarası fasilədə hazırlığın birinci mərhələsini başa vuran "Sumqayıt" təlim-məşq toplanışının növbəti mərhələsini Türkiyənin Bolu bölgəsində keçirmək üçün qonşu ölkəyə yola düşüb. Komanda səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından adıçəkilən bölgəyə yollanıb.

Yerli vaxtla saat 13:00-da Boluya çatan komanda "VON Resort Hotel"də məşkunlaşıb. “Sumqayıt” bu gündən etibarən qonşu ölkədə 2 həftəlik təlim-məşq toplanışına start verəcək.

Sumqayıtlılar Boluda olduğu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər hələlik, bəlli deyil.

Xəbər 610 dəfə oxundu.