“Qarabağ”-“F91 Düdelanj” matçına 15 min bilet satılıb
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Ağdamın “Qarabağ” futbol klubu ilə Lüksemburqun “F91 Düdelanj” komandası arasında keçiriləcək oyuna bilet satışı davam edir.

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təşkil olunacaq matça 15 min bilet satılıb. Biletlər yerindən asılı olaraq 1-5 manat aralığındadır. VİP yerlər üçün isə 30 manatdır.

Matç saatına qədər isə bu göstəricinin artması gözlənilir.

Qarşılaşma saat 21:00-da start götürəcək.

Xəbər 610 dəfə oxundu.