Azərbaycanlı idmançı qaydasız döyüş növləri üzrə Avropa çempionu oldu
Azərbaycanlı döyüşçü Cəfər İsmiyev TECH-KREP FC: PRIME Selection-2016 Qran-prisinin ikinci turnirinin əsas döyüşündə Novorossiyskdən olan Asxab Seferbekovu ikinci raundda məğlub edərək qələbə qazanıb.

Cəfər İsmiyev hakimlərin yekdil qərarı ilə qalib hesab edilib. O, 70 kiloqram çəki dərəcəsində qaydasız döyüş növləri üzrə Avropa çempionu titulunu qazanıb.

Xəbər 1146 dəfə oxundu.