Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinin bürünc medalına sahib olublar
Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında stolüstü tennis üzrə Avropa birinciliyi davam edir.

Yeniyetmə oğlanlardan ibarət milli komandamız yarımfinalda Rusiya millisinə məğlub olsa da, birinciliyi bürünc medalla başa vurub. Azərbaycanın stolüstü tennis tarixində ilk dəfə bu cür yüksək nəticə əldə olunub.

Yeniyetmə qızlarımız Çexiya millisinə qalib gələrək 9-10-cu yerlər uğrunda Fransa millisi ilə mübarizə aparacaqlar. Gənc qızlarımız isə Xorvatiya millisini üstələyərək 5-6-cı yerlər uğrunda Fransa tennisçiləri ilə üz-üzə gələcəklər.

İyulun 17-də başa çatacaq Avropa birinciliyində idmançılarımız şəxsi, qoşa və qarışıq qoşa növlərdə medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 878 dəfə oxundu.