Yeniyetmə cüdoçularımız Yakutiyada beynəlxalq turnirdə 5 medal qazanıblar
Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında VI Beynəlxalq “Asiyanın uşaqları” Oyunlarında cüdo yarışlarına yekun vurulub.

Cüdo yarışlarının sonuncu günündə Azərbaycan millisi daha bir medal qazanıb. Yarışda 90 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli gümüş medala sahib olub.

Bununla da, yeniyetmə cüdoçularımız “Asiyanın uşaqları” Oyunlarını bir qızıl, üç gümüş və bir bürünc medalla başa vurublar.

Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.

Xəbər 713 dəfə oxundu.