Aqil Məmmədov Boluspora keçə bilər
Azərbaycan yığmasının qapıçısı Aqil Məmmədov karyerasını Türkiyədə davam etdirə bilər. "Neftçi"nin sabiq qolkiperi PTT 1-ci liqa təmsilçisi "Boluspor"la danışıq aparır.

Ötən mövsüm bu komandada digər futbolçumuz Vaqif Cavadov çıxış edirdi. Bir müddət öncə isə "Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon bu klubla müqavilə imzalayıb.

Xəbər 853 dəfə oxundu.