Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb
İsveç çempionatında 13-cü turun oyunları keçirilib. Azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.

Sözügedən klub çempionatdakı təxminən bir aylıq fasilədən sonra doğma meydanda AİK-lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.

Qeyd edək ki, Emin zədəli olduğu üçün bu görüşün iştirakçısı olmayıb.

"Kalmar" geridə qalan turlarda topladığı 17 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər 628 dəfə oxundu.