Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici Turizm Şurası ləğv edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə çevrilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
- Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.
- Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyi aparatının işçilərinin say həddini təsdiq etsin.
- Bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2001-ci il

Xəbər 933 dəfə oxundu.