Cüdoçumuz Yakutiyada gümüş medal qazandı
Rusiyanın Yakutiya vilayətində yeniyetmələr arasında cüdo üzrə VI Beynəlxalq "Asiyanın uşaqları" oyunlarına yekun vurulub. Azərbaycan cüdoçuları yarışın sonuncu günü daha bir medal əldə edib.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəfər Əkbərli turnirin gümüş medalına sahib olub.

Bununla da, yeniyetmə cüdoçularımız "Deti Azii" oyunlarına 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq yekun vurublar.

Ölkəmizə qızıl medalı Ağabəy Ağazadə (55 kq), gümüş medalları Əli Sadıxov (46 kq), Nazir Talıbov (50 kq) və Cəfər Əkbərli (90 kq), bürünc medalı isə Vüsal Şamilov (73 kq) qazandırıb.

Xəbər 681 dəfə oxundu.