“Qarabağ” futbol klubu UEFA-nın reytinq cədvəlində 120-ci pillədə qərarlaşıb
Futbol üzrə Çempionlar və Avropa liqalarının ikinci təsnifat mərhələsi ərəfəsində UEFA klubların reytinq siyahısını açıqlayıb.

Azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam klubu 13,375 xalla 120-ci pillədə qərarlaşıb. İkinci yerdə “Neftçi” yer alıb - 9,125 xal (156-cı yer).

Digər klublarımızın reytinqdəki mövqeyi isə belədir: “Qəbələ” - 5,625 (211-ci yer), “İnter” - 5,373 (219-cu yer), “Xəzər-Lənkəran” - 3,875 (284-cü yer), “Kəpəz” - 3,375 (312-ci yer) və “Bakı” - 3,125 (323-cü yer).

Xəbər 634 dəfə oxundu.