Azərbaycan klubu Yunanıstan və Hollandiya komandalarına qalib gəldi
Türkiyədə çimərlik futbolu üzrə İstanbul kuboku keçirilir. Bu turnirdə Azərbaycanı "Lalətəpə" komandası təmsil edir.

Təmsilçimiz turnirdəki ilk iki oyunundan qələbə ilə ayrılmağı bacarıb. Azərbaycan klubu öncə Yunanıstan "Atlas"ına 7:2 hesabıyla qalib gəlib. Daha sonra Hollandiya "Zeeland"ı ilə üz-üzə gələn komandamız yenə də oxşar hesabla üstün olub.

Xəbər 641 dəfə oxundu.